Banner

Rusiyaya gedənlərin nəzərinə: QANUNLAR DƏYİŞİR

Xəbərlər 23 Oktyabr 2021 11:53 Oxunub 954
Rusiyaya gedənlərin  nəzərinə: QANUNLAR DƏYİŞİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyadakı əcnəbilərə bir neçə gəliş məqsədi göstərməyə, həmçinin müstəqil olaraq turizm səfərləri etməyə və tibbi xidmət almağa icazə verilə bilər.

Avtosfer.az "Sputnik"ə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin rəis müavini Kirill Adzinov tibbi və sağlamlıq turizmi üzrə beynəlxalq konqresdə bildirb.

Onun sözlərinə görə, qurumun hazırladığı yeni qanun layihəsində əcnəbilər icazə verilən müddət ərzində Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə bilərlər.

"Digər gəliş məqsədlərini (məsələn, iş və təhsil) birləşdirmək imkanı mümkündür", - deyən rəis müavini qeyd edib ki, gəliş məqsədlərindən asılı olmayaraq əcnəbilərə Rusiyada turizm səfərləri etmək və tibbi xidmət almaq imkanı veriləcək.

Eyni zamanda Adzinov bildirib ki, Rusiyada müalicə almaq üçün xarici vətəndaşlar yeni növ viza - adi tibbi viza ala biləcəklər.

"Yenilik olaraq, müalicə üçün Rusiyaya gələn xarici vətəndaşa və onu müşayiət edən şəxsə adi bir tibbi viza veriləcək", - deyən Adzimov onu da əlavə edib ki, həmin vizanın müddəti bir illik olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh