Banner

Şabranda baş verən yanğın söndürülüb - VİDEO

Xəbərlər 15 İyul 2022 20:05 Oxunub 1046
Şabranda baş verən yanğın söndürülüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərkosmos” tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğın nəticəsində meşə fonduna aid kol-kos və ağaclıq ərazi, habelə biçilmiş əkin sahələri də daxil olmaqla ümumilikdə təxminən 126 hektar sahə yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində ümumilikdə FHN-in Aviasiya dəstəsi, Dövlət Yanğından Mühafizə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh