Şabranda kanaldan qadın meyiti tapıldı

Xəbərlər 19 Oktyabr 2024 20:37 Oxunub 106
Şabranda kanaldan qadın meyiti tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Samur – Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

Avtosfer.az Report-a istinadən xəbər verir ki, kanalın dəmir barmaqlıqlarına ilişmiş meyiti suyun səviyyəsi yüksək olduğu üçün hələ ki sudan çıxartmaq mümkün olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Suda aşkarlanmış cəsədin kimliyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh