Banner

Sabunçu tunelini yenə su basdı - VİDEO

Xəbərlər 6 May 2025 10:11 Oxunub 246
Sabunçu tunelini yenə su basdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yağıntılı havaya görə bəzi əraziləri su basıb.

FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh