Sabunçu vağzalında acınacaqlı vəziyyət - VİDEO

Sabunçu rayonunda yerləşən dəmiryol vağzalının qarşısı acınacaqlı vəziyyətdədir.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, məhsullarını satanlar ərazidə antisanitar vəziyyət yaradırlar.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan oxu.az-a bildirilib ki, rayonun Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində (dəmiryolu vağzalının qarşısı) yolun sağ kənarında kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən ticarət məntəqəsindən işçilər tərəfindən günün gec saatlarında əraziyə tullantıların atılması nəticəsində antisanitar vəziyyət yaranıb: “Videomaterialdan da göründüyü kimi əks olunan görüntülər gecə vaxtı çəkilmiş və hər gün olduğu kimi, bu gün də səhər saat 05:00 radələrindən başlayaraq Rayon Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan ərazi tullantılardan təmizlənib. Bu kimi xoşagəlməz halların bir daha təkrarlanmaması üçün ərazinin sanitar vəziyyəti nəzarətə götürülüb”.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











