Sabunçuda təhlükə saçan piyada zolaqları - AÇIQLAMA - FOTO - VİDEO

"Hər gün Sabunçu rayonu, Yavər Əliyev küçəsindəki ticarət mərkəzinin qarşısında yolu keçmək əməlli-başlı işgəncəyə çevrilib”.
Bununla bağlı oxu.az-a sakinlər şikayət göndəriblər.
Qeyd olunub ki, buna səbəb Yavər Əliyev küçəsində piyada zolaqlarının silinməsidir.
Şikayətdə vurğulanıb ki, artıq bir ilə yaxındır hərəkətin intensiv olduğu bu ərazidə piyadaların keçidi üçün nəzərdə tutulan xətlər silinsə də, bu problemə nə baxan, nə də bir ölçü götürən var.
"Piyada zolaqlarının tamamilə yoxa çıxması səbəbindən sürücülər yol kənarındakı piyada nişanına məhəl qoymurlar. Xüsusən də günün qaranlıq saatlarında hər an təhlükə ilə üz-üzə qalmaq məcburiyyətindəyik. Xüsusən də yaşlı insanlar və uşaqlar yolu keçməkdə əziyyət çəkirlər", - deyə şikayətdə yazılıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Agentliyin mətbuat katibi Tural Orucov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, silinən nişanlanma xətlərinin yenilənməsi plan üzrə mərhələli qaydada həyata keçirilir.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











