Banner

Sabunçunun qaranlıq küçələri nə vaxt aydınlığa çıxacaq? - VİDEO

Xəbərlər 8 May 2023 21:21 Oxunub 1036
Sabunçunun qaranlıq küçələri nə vaxt aydınlığa çıxacaq?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabunçu rayonunda küçələrdə yolun işıqlandırılması üçün dirəklər quraşdırılmayıb.

Bu barədə ərazidə yaşayan sakinlər oxu.az-ın redaksiyasına müraciət ediblər. 

Bildirilib ki, rayonun Sabunçu qəsəbəsinin Y.Əliyev və A.Əsədullayev küçələrinin kəsişməsində işıq dirəkləri yoxdur. Qaranlıq olduğu üçün ərazidə mütəmadi qəzalar baş verir.

Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda “Bakı Abadlıq” MMC tərəfindən müvafiq layihələr əsasında rayonun bir neçə qəsəbəsində küçələrin işıqlandırılması ilə bağlı işlər davam etdirilir:

“Növbəti mərhələdə qeyd olunan ərazinin də işıqlandırılması nəzərdə tutulub”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh