Şagirdlər üçün VPN-siz işləyən platformalar tətbiq olunacaq - RƏSMİ
Xəbərlər
30 Oktyabr 2020 11:25
Oxunub 1602
Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb. Bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, şagirdlər üçün istifadə olunacaq platformalar VPN-siz işləyəcək: “Bununla bağlı aidiyyəti orqanlarla birgə testlər aparılıb. Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Şagirdlər üçün istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək”.
ŞƏRH YAZ