Sahibkarların DİQQƏTİNƏ: Mobil tətbiq vasitəsilə...

"Yeni proqram təminatına əsasən, hazırda müxtəlif sahibkarlara məxsus yüklərin rəsmiləşmə prosesi eyni anda tamamlanır və həmin nəqliyyat vasitəsi üçün sistem tərəfindən elektron növbəlilik prinsipi əsasında gömrük anbarı təyin olunur".
Bu barədə bu gün Bakı Baş Gömrük İdarəsinə təşkil olunan media-tur zamanı məlumat verilib.
Bildirilib ki, bundan sonra nəqliyyat vasitəsinin anbara hansı zaman aralığında daxil olacağı barədə məlumatlar sahibkarlara öncədən mobil tətbiq vasitəsilə bildirilir. Qeyd edilən vaxtda gömrük anbarına yaxınlaşan vətəndaşlar onlara ayrılmış 2 saat müddətində yüklərini təhvil alır və nəqliyyat vasitəsi həmin gün gömrük nəzarət zonasını tərk edir.
Media-tur zamanı eyni zamanda məlumat verilib ki, Bakı Baş Gömrük İdarəsində artıq bəyənnamələrin rəsmiləşdirilməsi sürətli şəkildə həyata keçirilir. Belə ki, Baş İdarə tərəfindən mütəmadi aparılan risk təhlilləri nəticəsində xarici ticarət iştirakçıları könüllü əməletmə prinsipləri əsasında təsnifləşdirilir. Bununla da könüllü əməletməyə riayət edən sahibkarların bəyannamələrinin sürətli rəsmiləşdirilməsi həyata keçirilir. Məhz bu cür əməliyyatlar sistem tərəfindən seçilmiş gömrük orqanı əməkdaşına yönləndirilir və əməkdaş tərəfindən bəyannaməyə baxıldıqdan sonra risksiz olan əməliyyatlar çox çevik və sürətli formada rəsmiləşdirilir. Bununla da əlavə vaxt itkisinin və xərclərin qarşısını alınır, sahibkar məmnunluğu təmin edilir. (musavat.com)
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO











