Sahil Babayev BMT İnkişaf Proqramının rezident nümayəndəsi ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata əsasən, BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşdə ilk növbədə Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərindən bəhs olunub. Daha sonra həssas qruplarla bağlı birgə layihələrin icra vəziyyəti müzakirə edilib.
Nazir pandemiya dövründə geniş miqyasda reallaşdırılan sosial dəstək tədbirlərindən bəhs edib. O, BMT İP ilə Nazirliyin birgə icra etdiyi “Sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin əlilliyi olan şəxslərin özünüməşğulluğuna önəmli dəstəyini diqqətə çatdırıb.
Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesinin qurulması işləri aparıldığını deyib. Eləcə də Nazirliyin BMTİP və BMT Əhali Fondu ilə birgə layihəsi olan “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihəsi üzrə artıq aktivlərlə təmin olunma prosesinin aparıldığını deyib.
Sahil Babayev “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun təşviqi” layihəsinin BMT İP ilə müsbət əməkdaşlıq təcrübəsinin daha bir nümunəsi olduğunu deyib. Layihənin gənclərin əmək bazarına çıxışının dəstəklənməsində ötən dövrdə əhəmiyyətli rol oynadığını deyib.
Öz növbəsində, A.Frakassetti birgə layihələrin pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq ardıcıl və məqsədyönlü şəkildə davam etməsi üçün göstərilən səylərdən məmnunluğunu bildirib.
Görüşdə qeyd edilən layihələrin icra vəziyyəti və görüləcək işlər, pensiya islahatı işinin nəzərdən keçirilməsi və təhlili, COVID-19 pandemiyasının Azərbaycanda məşğulluq və əmək bazarına təsirinin qiymətləndirilməsi məsələləri müzakirə olunub.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi









