Şahin Şıxlınskiyə martda hökm oxunacaq - YENİLƏNİB

Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlınskiyə hökm martda oxunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Daha əvvəl dövlət ittihamçısı Şıxlınski üçün 23 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.
***14:06
Yekaterinburqda dövlət ittihamçısı iki cinayətdə ittiham olunan Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski üçün 23 il həbs cəzası istəyib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə URA.ru nəşrinə təhlükəsizlik qüvvələrindəki mənbə məlumat verib.
Məlumata görə, cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir - Sverdlovsk Vilayət Məhkəməsi müzakirəni başa çatdırır.
Şıxlinski ilə yanaşı, beş Səfərov qardaşları və Şücaəddin Rəcəbov da mühakimə olunurlar. Akifin 23 il, Ayazın 22 il, Kamalın 18 il, Bəkir və Məzahirin 13 il, Rəcəbovun isə 15 il müddətinə həbs olunması istənilib.
Xatırladaq ki, ötən həftə andlılar kollegiyası ittiham hökmü çıxarıb. Onlar təqsirləndirilən şəxslərin əfv cəzasına layiq olmadığına qərar veriblər.
İstintaq hesab edir ki, təqsirləndirilən şəxslərin iş adamı Yunis Paşayevin qətlində (2001-ci ildə) və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsdə cəhdində əlləri var.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










