Şahramanyanın “Toyota Camry”sini əlindən aldılar - SƏBƏB

Xəbərlər 2 İyul 2024 10:05 Oxunub 222
Şahramanyanın “Toyota Camry”sini əlindən aldılar - SƏBƏB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ermənistanın İstintaq Komitəsi iyunda Qarabağ separatçılarının sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilinin müsadirə edilməsinin səbəbini açıqlayıb.

Avtosfer.az xəbər verir ki, Şahramanyanın avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başladılan iş çərçivəsində müsadirə edilib. 

Qeyd olunub ki, burada söhbət “Toyota Camry” markalı avtomobildən gedir. 

Xatırladaq ki, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər. Buna cavab olaraq, Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz “Lexus” markalı avtomobilini Şahramanyana hədiyyə edib.

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh