Sakinlər istismar müddətini başa vurmuş liftdən təngə gəliblər - VİDEO
Xəbərlər
13 İyul 2024 22:55
Oxunub 1162

Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsi 2 ünvanında yerləşən doqquzmərtəbəli binanın sakinləri liftin artıq yeddi gündür ümumiyyətlə işləmədiyini bildiriblər.
Avtosfer.az xəbər verir ki, onlar şikayət etdiklərini, lakin problemin həll olunmadığını qeyd ediblər.
Sakinlərdən birinin sözlərinə görə, valideyn iki körpə uşaqla günorta saatlarından axşam saat 10-dək liftdə qalıb:
"Onları Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları liftdən çətinliklə çıxarda bildilər".
"Buradan düşüb ölək? Liftin içi bərbad vəziyyətdədir", - deyə digər sakin bildirib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sözügedən lift istismar müddətini başa vurub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













