Sakinlər mərasim evindən şikayət etdilər: "Gələnlər maşını yolun ortasında saxlayıb gedirlər" - VİDEO

Paytaxtın Bakıxanov qəsəbəsi, Sülh küçəsinin sakinləri ərazidə yerləşən "Şah dərgahı" mərasim evindən şikayətçidirlər. Sakinlərin sözlərinə görə, burada yas mərasimləri keçirildiyi zaman məhəllədə avtomobillərin sıxlığından hərəkət etmək qeyri-mümkün olur. Vətəndaşlar məsələ ilə bağlı dəfələrlə narazılıqlarını bildirsələr də, hələ ki, müraciətlərinə məhəl qoyan olmayıb.
Qeyd edək ki, sözügedən mərasim evinin zirzəmi hissəsi avtoparkinq kimi nəzərdə tutulub. Lakin buna baxmayaraq, mərasimlərə gələn şəxslər avtomobillərini binaların qarşısında, məhəllə daxilində saxlayırlar.
Şikayətçilərdən biri deyib: "Yağış yağan zaman blokdan qəti şəkildə çıxmaq olmur. Yasa gələn insanlar yağışdan qorunmaq üçün bizim blokdan istifadə edirlər".
Çarəsi tükənən sakinlər çıxış yolunu məhəllənin hər iki tərəfinə şlaqbaum qoymaqda görüblər. Bunun üçün aidiyyəti qurumlara müraciət edildikdən sonra müvafiq icazələr alınıb və şlaqbaumlar quraşdırılıb.
Sakinlərdən digəri yaranan vəziyyəti belə təsvir edib: "Məclis olanda maşınlar həddən çox olur. Hətta gələnlərdə belə bir şey var ki, maşını yolun ortasında saxlayıb gedir. İşə gedənlər, məktəbə gedib-gələnlər məhəlləyə girə bilmirdi. Bu səbəbdən biz məhəllənin giriş və çıxışına şlaqbaum qoydurduq. Ondan sonra bizim bu insanla problemlərimiz yenidən başladı".
Sözügedən məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, problem vətəndaş və sahibkar arasında olduğundan məsələnin məhkəmə yolu ilə həll edilməlidir.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir











