Sakinləri yaşamağa peşman edən Ağdamın kənd yolu - VİDEO

Ağdam rayonunun Ergi kəndi və qəsəbəsinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Qəsəbə sakinlərinin sözlərinə görə, Ergi kəndinə qədər olan yeddi kilometrlik məsafə bərbad vəziyyətdədir. Məhz buna görə sakinlərin hərəkəti, rayon mərkəzinə gəliş-gedişləri problemə çevrilib.
Onlar bildiriblər ki, magistrala tək çıxışı olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyü döşənməyib: “22 ildir bu zülmü çəkirik. Xəstəmizi həkimə apara bilmirik. Yasımız düşür, heç bir qohum gəlmir. Yol pis vəziyyətdə olduğuna görə hamı bu kənddən qaçır”.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Ergi qəsəbəsi üzrə avtomobil yolunun yenidən qurulması ilə bağlı maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











