Sakinlərin nəzərinə! - Bu tarixədək bütün avtobuslar... - VİDEO

2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, artıq ölkəyə 160 ədəd elektrikli avtobus gətirilib. Bunların sayı daha da artırılacaq.
Bəs, Bakıda bütün marşrut xətləri üzrə ancaq elektrik mühərrikli avtobusların xəttə buraxılması nə dərəcədə real görünür?
Əgər bu layihə reallaşarsa, benzin və dizellə fəaliyyət göstərən avtobuslar necə ola bilər?
Ekspert Eldəniz Cəfərov qeyd edib ki, 2030-cu ilə qədər hazırda istismarda olan avtobusların əksəriyyəti sıradan çıxmış olacaq. Onların yerinə isə xəttə hər dəfə elektrikli avtobuslar buraxılacaq.
AYNA-dan verilən məlumatda o da bildirlib ki, gələn il Azərbaycanda Çinin "BYD" şirkətinin elektrik avtobuslarının istehsalı zavodu fəaliyyətə başlayacaq. Elektrikli avtobuslar üçün infrastrukturun qurulmasına gəlincə, ekspertlərin sözlərinə görə, belə avtobuslar üçün əsas olan yükləmə məntəqələrinin sayının artırılmasıdır. Bu da onların dayandığı qarajlarda olmalıdır. Gələcəkdə şəhər ərazisində digər ərazilərdə də yükləmə məntələrinin sayının artırılması gözləniləndir.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir








