Banner

Salyan sakinləri İmişlidə 6 kiloqram narkotiklə tutulub - FOTO

Xəbərlər 2 Mart 2024 10:00
Salyan sakinləri İmişlidə 6 kiloqram narkotiklə tutulub  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişlidə polisin keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Salyan rayon sakinləri Allahşükür Yusibov və Elçin Abdullayev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə marixuana, tiryək, metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, həmçinin "TT" markalı tapança və həmin silaha aid 12 ədəd patron aşkar edilərək götürülüb. A.Yusibov və E.Abdullayev narkotikləri sosial şəbəkə vasitəsilə tanış olduqları əcnəbi narkotacirdən onlayn yolla aldıqlarını bildiriblər.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxunub 700
ŞƏRH YAZ
Ad

E-mail

Şərh