Banner

Narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanıldı - FOTO

Xəbərlər 1 May 2025 09:07 Oxunub 10066
Narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Qismət Salahov saxlanılıb. 

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin şəxsə məxsus istixanaya keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 230 ədəd çətənə kolu aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyat zamanı Qurban Cəfərov, Anar

Zamanov və Şahin Hüseynov da saxlanılıblar. Həmin şəxslərin yaşadıqları ünvanlardan isə ümumilikdə 53 ədəd çətənə kolu və narkotik vasitə marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh