Şamaxı-Pirqulu yolunu duman bürüdü - VİDEO
Xəbərlər
27 Oktyabr 2024 20:36
Oxunub 232
Şamaxının dağlıq ərazilərində səhər saatlarından başlayaraq qatı duman müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, görmə məsafəsi 1-2 metrə qədər enib.
Ən böyük çətinlik isə Şamaxı-Pirqulu yolunda qeydə alınıb. Sürücülər burada ara məsafəsi saxlayaraq yaxın vuran işıqlardan istifadə etməklə yollarına davam edirlər.
"Yol çox dumanlıdır, göz gözü görmür. Yola bələd olmağımıza baxmayaraq, biz də çətinliklə bura çatmışıq. Məsləhət görürəm ki, dumanlı havada bu yoldan heç kim istifadə etməsin" ,- sürücülərdən biri bildirib.
Daha ətraflı Baku TV-nin materialında:
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR