Şamaxıda 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur - VİDEO
Xəbərlər
6 Aprel 2023 11:18
Oxunub 686

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şamaxı rayonunda Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunu yenidən qurur.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, 3 yaşayış məntəqəsini birləşdirən yolda hazırda torpaq, qazma, əks-dolğu və köhnə örtüyün frezlənməsi işləri icra olunur. Daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. Sonuncu mərhələdə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













