Samirə Bayramova İrəvan hava limanından ölkəyə buraxılmadı
Xəbərlər
25 Noyabr 2024 11:41
Oxunub 132
Gürcüstan vətəndaşı olan əslən azərbaycanlı ictimai fəal, jurnalist və sosioloq Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə S.Bayramova özü sosial şəbəkə hesabında açıqlayıb.
Onun sözlərinə görə, Varşava-Tbilisi reysi əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvanda məcburi eniş edib: "Gürcüstan vətəndaşı olaraq ölkəyə buraxılmadım, (dedilər ki - red.) “milliyyətiniz problemdir”. Niyə biz bu münaqişənin bir hissəsi olmalıyıq?"
İctimai fəal buna görə Paşinyan rejimini qınayıb.
Qeyd edək ki, S.Bayramova ermənipərəst mövqeyi ilə tanınırdı.
(unikal)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR