Banner

Samur-Abşeron kanalı antisanitar vəziyyətdədir, ətrafa üfunət yayır - VİDEO

Xəbərlər 7 Yanvar 2022 00:30 Oxunub 3584
Samur-Abşeron kanalı antisanitar vəziyyətdədir, ətrafa üfunət yayır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Samur-Abşeron kanalının Saray qəsəbəsindən keçən hissəsində su azalıb, balıqlar ölüb və ətrafı üfunət bürüyüb.

Sakinlər deyirlər ki, pis qoxuya görə evlərin pəncərələrini aça bilmirlər.

Qeyd edək ki, sözügedən kanal "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhimdar Cəmiyyətinin balansındadır. Ərazi üzrə kanala cavabdeh Abşeron Suvarma Sistemləri İdarəsindən bildirildi ki, kanalının təmizlənməsi üçün su bir ay müddətinə dayandırılıb. Təmizlənmə işləri tədbirlər planına salınıb və sakinləri narahat edən problem qısa müddətdə həll ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh