Saray körpüsündə təhlükəli vəziyyət - VİDEO

Xəbərlər 9 Sentyabr 2024 15:02 Oxunub 102
Saray körpüsündə təhlükəli vəziyyət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir müddətdir Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü qəzalı vəziyyətdədir. 

Avtosfer.az xəbər verir ki, körpüdən istifadə edən sürücülər Sumqayıtdan Bakı istiqamətində 2 əsas yoldan birinin üzərində yerləşən körpüdə təhlükəli vəziyyətin yarandığını bildirirlər.

Sosial şəbəkələrdə yayılmış son görüntülərdə isə körpünün üzərində və ətrafında çoxsaylı yük maşınlarının dayanması, bunun yol ötürücüsü üçün əlavə təhlükə yaratdığı da qeyd edilib. 

Bildirilib ki, ərazidəki işıqforun fəaliyyəti dayandırılıb. Bunun əsas məqsədi körpü üzərində maşınların çox qalmamasıdır. Körpünün üzərində qazıntı işlərinin aparılması və ərazidəki daş karxanalarından çıxan ağırtonnajlı maşınlar da əlavə narahatlıq yaradır.

Mövzu ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, Saray qəsəbəsindəki həmin körpü onların balansında deyil.

Məlum olub ki, bu yol ötürücüsü Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. İcra Hakimiyyətindən isə bildirilib ki, körpünün vəziyyəti ilə bağlı tədbirlər həyata keçiriləcək.

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh