Banner

Saray körpüsünün istifadəyə veriləcəyi TARİX AÇIQLANDI

Xəbərlər 11 Mart 2025 14:11 Oxunub 286
Saray körpüsünün istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh