Saray körpüsünün sökülməsi sürücülər üçün ÇƏTİNLİK YARATDI - VİDEO

Qəzalı vəziyyətdə olan Saray körpüsünün söküntüsü başlayandan sakinlər və sürücülər üçün ciddi problemlər yaranıb.
Avtosfer.az məlumat verir ki, Abşeron rayonu Saray qəsəbəsinin sakinləri deyirlər ki, ərazi üzrə fəaliyyət göstərən marşrut avtobuslarının hərəkət sxemində dəyişiklik edildiyindən çətinliklə üzləşirlər.
Sumqayıta öz avtomobili ilə gedən sürücülər isə saatlarla "Yaşıldərə" yaşayış massivində tıxacda qalırlar.
Saray körpüsünün söküntüsü sürücülər üçün də çətinliklərə səbəb olub. Belə ki, alternativ yol kimi istifadə edilən Saray-Sumqayıt yolunda günün istənilən saatlarında böyük tıxac yaranır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, söküntü və təmir işləri ilə əlaqədar Agentlik tərəfindən ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun, o cümlədən də 503 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Marşrut üzrə 13 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. 503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi, son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksidir. Agentlikdən o da bildirilib ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı tapşırıq verilib.
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən isə bildirilib ki, gün ərzində hərəkətin intensiv olduğu vaxtlarda Yol Patrul Xidməti əməkdaşları tərəfindən gücləndirilmiş xidmət həyata keçirilir. "Yaşıldərə" yaşayış massivindən şəhərə daxil olan sürüclər maarifləndirilir və hərəkət istiqaməti tənzimlənir.
Ətraflı süjetdə:
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










