Banner

Sarayda narkotik satışı və təbliği ilə məşğul olanlar saxlanılıb - FOTO - VİDEO

Xəbərlər 14 Sentyabr 2022 14:58 Oxunub 752
Sarayda narkotik satışı və təbliği ilə məşğul olanlar saxlanılıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı ümumi çəkisi 2 kiloqram olan marixuana və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Cavid Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Cavid Əliyev barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saray qəsəbəsində narkotik satışı və təbliği ilə məşğul olanlar saxlanılıb (FOTO/VİDEO)

Saray qəsəbəsində narkotik satışı və təbliği ilə məşğul olanlar saxlanılıb (FOTO/VİDEO)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh