Saxta peyvənd pasportu verən şəxslər məsuliyyətə cəlb edilir - RƏSMİ
Xəbərlər
20 Avqust 2021 11:30
Oxunub 1268

“Təəssüf ki, Azərbaycanda da koronavirus əleyhinə saxta peyvənd pasportu verənlər var”.
Avtosfer.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, insanlar var ki, əlində COVID pasportu var, amma hazırda reanimasiyadadır və ağır vəziyyətdədir:
“Araşdırma zamanı məlum olub ki, onlar saxta pasport alıb. Düşünün ki, insan pul verib saxta pasport alıb, amma onun həyatı böyük bir təhlükə altındadır. Bütün bunlar araşdırılır və həmin şəxslər məsuliyyətə cəlb edilir”.
İlhamə Əbülfət
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













