Banner

Səbail rayonunda bu yolda vətəndaşların həyatı üçün təhlükə var - VİDEO

Xəbərlər 22 İyun 2021 01:01 Oxunub 3672
Səbail rayonunda bu yolda vətəndaşların həyatı üçün təhlükə var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər gün yüzlərlə insanın keçdiyi küçədə səki yararsız vəziyyətdədir. Söhbət Səbail rayonu, Qurban Abbasov küçəsindən gedir. Təxminən 1 metr eni olan səkiyə həm də işıq dirəkləri quraşdırılıb.

Səki yararsız və ensiz olduğundan vətəndaşlar avtomobil yoluna çıxmağa məcbur olduqlarını deyirlər.

Ərazidə yaşayan sakinlər bu vəziyyətin uzun müddətdir ki, davam etdiyini bildirirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə dəyişməyib.

Vətəndaşlar deyirlər ki, burada dəfələrlə qəza şəraiti yaranıb.

Problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, səki işıq dirəkləri quraşdırılarkən yararsız vəziyyətə düşüb və hələ də bərpa edilməyib. Ancaq bu işin hansı qurum tərəfindən icra edildiyi haqqında məlumatları yoxdur.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən isə bildirildi ki, küçələrdə işıq dirəklərinin quraşdırılması onların səlahiyyətləri çərçivəsində deyil.

Bakı Şəhər İşıq İdarəsindən isə deyildi ki, dirəkləri quraşdıran zaman səkiyə zərər verəcək heç bir qazıntı işləri aparılmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh