Banner

Seçkilərin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq

Gündəm 21 Yanvar 2025 17:24 Oxunub 310
Seçkilərin nəticələri ayrılan müddətdən daha tez açıqlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Ölkəmizdə son illər ərzində pensiya sistemində bir çox göstəricilər üzrə müsbət dəyişikliklər baş verib və bu proses davam edir”.

Avtosfer.az xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı çıxışında bildirib.

O, qeyd edib ki, bu sahədə görülən işlərin təməl prinsipini də məhz, sığorta pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinin qorunması şərti ilə, dövlətin öz vətəndaşının yanında olması və onun sosial rifahını hər şeydən üstün tutması təşkil edir:

“Prezidentin tapşırığı ilə bir qayda olaraq büdcəyə proqnozlardan əlavə daxil olan bütün vəsaitlər sosial məqsədlərə yönəldilir. Respublikamızda davamlı olaraq son 7 ildə 5-ci sosial islahat paketi çərçivəsində həyata keçirilən sosial məzmunlu islahatlar ölkə əhalisinin təxminən 10-11 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edir.

Təqdim olunan “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində edilməsi nəzərdə tutulan dəyişiklik də dövlət başçısının imzaladığı  “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncamanda qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb və  ölkəmizdə 2025-ci ildə minimum pensiyanın artırılmasına hədəflənib.

Layihədə təklif edilən dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 14,3 faiz artırılaraq 320 manat məbləğində müəyyən olunur. Bu artım isə on minlərlə şəxsin pensiya artımına imkan verəcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh