Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair YENİ QAYDALAR

Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 noyabr tarixli 485 nömrəli Qərarı Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli 145 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən qəbul edilib.
Qaydalara əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, eləcə də hər hansı bir səbəbdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin uçotu onun ailə üzvləri üçün saxlanılacaq.
Uçota alınmış şəxsin uçotunun onun ailə üzvlərinə saxlanılması üçün ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri təmsilçi olaraq uçota alınmış şəxsin vəfat etdiyi gündən etibarən 3 ay müddətində yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanına və yaxud şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət etməlidir.
Ailə üzvlərinin birgə razılığı əsasında ailənin üzvlərindən birinin təmsilçi olması yerli icra hakimiyyəti başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya "ASAN xidmət" Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notarial qaydada təsdiq edilməlidir.
Bununla yanaşı, uçota alınmış şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) ailə üçün kifayət etdiyi müəyyən edildikdə uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilir.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










