Banner

Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn olunub - FOTO

Xəbərlər 14 Sentyabr 2022 20:14 Oxunub 1418
Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn olunub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn olunub.

Avtosfer.az -ın xəbərinə görə, Ermənistanın diversiya qrupu tərəfindən törədilən təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçu 1998-ci il təvəllüdlü Budaqlı İsmayıl Məhərrəm oğlu doğulduğu Sabirabad rayonunun Axtaçı-Muğan kəndində dəfn olunub.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü, şəhid Ziyarət Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin sıralarında gizir kimi xidmət edib. O, ailəli idi, 2 yaşlı oğlu var idi.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.(APA)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh