Şəkidə silah və narkotik əməliyyatı - FOTO - VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 64 yaşlı Nizami Seyidov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həmin şəxsdən 1 ədəd “Kalaşnikov” avtomatı, daraq və 51 ədəd patron, eləcə də aqrotexniki qaydada qulluq edərək yetişdiriyi çətənə kolları aşkarlanıb.
Davam etdirilən tədbirlərlə N.Seyidovun həmin silahı tanışı Vahid Həşimov və Pərviz Cabbarovdan əldə etdiyi müəyyən edilib. Onlar da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. V.Həşimovdan əlavə olaraq torpağa basdıraraq saxladığı 1960 ədəd patron, ov tüfəngi və çətənə kolları aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir












