Banner

Səmada görünən UNO insanları qorxutdu - FOTO/VİDEO

Xəbərlər 8 Yanvar 2022 12:28 Oxunub 992
Səmada görünən UNO insanları qorxutdu - FOTO/VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çilinin paytaxtında səmada uçan naməlum obyekt müşahidə olunub. Məlumata görə əsrarəngiz obyekt iki saat Santyaqo üzərində dövr edib. Gözləri qamaşdıran ağ işıq saçan cisim bir müddət səmada asılı qaldıqdan sonra qəfildən sürətlə və tamamilə səssiz uçaraq yoxa çıxıb.

Bununla bağlı kadrları çilili rieltor və həvəskar fotoqraf Hugo Franzani çəkib.

Onun sözlərinə görə, obyektdən yayılan impulslu və kamera flaşı kimi parlaq ağ işıq, vaxtaşırı rəngini dəyişərək mavi, yaşıl və qırmızı çalarlarda görünüb.

Franzani həmçinin onu bildirib ki, səmada UNO-nu görən kimi telefonunu götürərək çəkilişlərə başlayıb - lakin çəkdiyi dörd videodan üçündə səs işləsə də, video tamamilə qara çıxıb, yalnız bir videoda obyekt görünüb. Təcrübəli fotoqraf nə əvvəl, nə də sonra telefonunda belə bir problem yaşamadığını vurğulayıb.

İki dəqiqəlik videodakı obyekt bir anlıq yoxa çıxır, sonra güclü işıqla yanıb-sönərək yenidən peyda olur.

Franzani deyib ki, obyektin işıqları sönəndə onun “siqara bənzəyən” formasını ayırd edə bilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh