Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir - Başçı da saxlanılıb?
Xəbərlər
26 Aprel 2021 12:36
Oxunub 1270
Şəmkir Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilir. Avtosfer.az-ın məlumatına görə, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb. Hazırda əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Unikal.org-un əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində icra başçısının sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Kommunal Müəssisələr Kombinatının rəisi Teymur Hacıyev saxlanılıb.
Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR