Şəmkirdə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub - FOTO - VİDEO
Xəbərlər
14 İyul 2021 09:45
Oxunub 958

Şəmkirdə baş verən qətlin bəzi təfərruatları məlum olub.
APA-nın məlumatına görə, 1990-cı il təvəllüdlü Mahizər Hüseynova həyat yoldaşı, 1976-ci il təvəllüdlü İntizam Hüsenovdan boşanmaq üçün məhkəməyə müraciət edib.
Bu səbəbdən İ.Hüseynov əsəbiləşərək qayınanasıgilə gələrək həyat yoldaşının ondan boşanmasına etiraz edib. İ.Hüseynov əvvəlcə qayınanasına, daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.
Bu barədə mərhumum Sədaqət İbadullayevanın bacısı deyib. Onların sözlərinə görə, İntizam bir neçə dəfə onlara gələrək ailələrini öldürməklə hədələyib.
Qeyd edək ki, M.Hüseynova İ.Hüseynovun əmisi qızıdır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













