Sənədli film tarix danışır - Həmin hadisələr ilk dəfə real kadrlarla - VİDEO

"Real TV”nin baş direktoru Mirşahin Ağayev 1994-cü il Oktyabr çevrilişinə həsr olunan sənədli film hazırlayıb.
Avtosfer.az xəbər verir ki, film hadisələri əsaslı faktlar və ilk dəfə yayımlanan real kadrlarla izləyiciyə çatdırır.
Sənədli filmdə oktyabr hadisələri zamanı baş verənlər həmin dövrdə Azərbaycanın Baş Prokuroru olmuş Əli Ömərov və Prezidentin köməkçisi işləmiş Eldar Namazovun dili ilə şərh olunub. Uzun illər Amerikada yaşayan və Oktyabr çevrilişi zamanı Azərbaycan Respublikası Ali Sovetinin Sədri olmuş Rəsul Quliyev də həmin dəhşətli hadisələr barədə fikirlərini bölüşüb.
Filmdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin terrorun qarşısının alınması üçün gördüyü siyasi tədbirlərdən, dövlət çevrilişini hazırlayan dəstənin ifşasından ətraflı bəhs olunur, eksklüziv kadrlar nümayiş etdirilir. Həmçinin filmdə Heydər Əliyevin hadisələrlə bağlı Baş nazir Surət Hüseynovu sorğu-sual etməsi və yekunda işdən azad etməsi ilə bağlı əks olunan real kadrlar mövcuddur.
Mirşahinin “Terrorun payız və yaz şumu” adını verdiyi sənədli filmi təqdim edirik:
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi










