Banner

Sərbəst güləşçilərimiz İranda Dünya Klub Kubokuna qatılacaq

Xəbərlər 16 Fevral 2025 16:49 Oxunub 408
Sərbəst güləşçilərimiz İranda Dünya Klub Kubokuna qatılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın paytaxtı Tehranda martın 2-də sərbəst güləş üzrə Dünya Klub Kuboku start götürəcək.

Avtosfer.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Yarışda dünyanın aparıcı güləş ölkələri, o cümlədən Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Almaniya, Tacikistan, Türkmənistan və İraqın komandalarının qatılacağı gözlənilir.

Qeyd edək ki, turnirə martın 3-də yekun vurulacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh