Sərhəddə İran vətəndaşından 15 kq narkotik götürülüb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Avqust ayının 23-də saat 23:10-da “Astara” sərhəd nəzarət şöbəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana keçərkən İİR vətəndaşı 1981-ci il təvəllüdlü Babaei Kousalari Sadegh Samadin idarə etdiyi “Dong-Feng” markalı 38-D-43910 dövlət nömrə nişanlı yük avtomobilinə birgə baxış keçirilərkən nəqliyyat vasitəsinin salonunda gizlədilmiş təxmini çəkisi 15 kq 64 qram narkotik vasitəyə bənzər maddələr (4085 qram “metamfetamin”, 7800 qram “heroin”, 2129 qram “tiryək”, 1050 qram “marixuana”) və 920 qutu “KENT” markalı siqaretlər aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











