Sərnişinlərin NƏZƏRİNƏ: Gürcüstana giriş zamanı icbari tibbi sığorta tələbi tətbiq olunur

Yanvarın 1-i 2026-cı il tarixindən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur.
"Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL 1 yanvar 2026-cı il tarixindən sonra Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə səyahətə hazırlıq zamanı yeni tələbləri əvvəlcədən nəzərə almağı və uçuşdan öncə tibbi sığortanı rəsmiləşdirməyi tövsiyə edir.
Müəyyən edilmiş tələblərə əsasən, xarici vətəndaşlar ölkədə olduqları bütün müddət ərzində, yəni giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisinə malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (təxminən 18 900 manat - red.) təşkil etməlidir.
Sığorta Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən təqdim edilə bilər. Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.
Sığorta aşağıdakı məlumatları özündə əks etdirməlidir:
- Sığorta müqaviləsinin tərəfləri;
- Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi;
- Sığortanın predmeti;
- Sığorta təminatının qüvvəyə minmə və bitmə tarixləri;
- Sığorta riskləri;
- Sığorta təminatının məbləği (limitlər);
- Sığorta haqqının məbləği;
- Ödənişin yeri və şərtləri.
Yeni tələb Gürcüstanın "Turizm haqqında" Qanununa əsasən tətbiq edilir. Gürcüstan hökumətinin "Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında" qərarı 1 yanvar 2026-cı il tarixində qüvvəyə minir", - məlumatda qeyd olunub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










