Banner

Sərt qaydalar, yüksək qiymət: Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? - VİDEO

Xəbərlər 15 İyul 2023 21:20 Oxunub 966
Sərt qaydalar, yüksək qiymət: Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir?   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsti yay günlərində özəl çimərliklərə giriş haqqının baha, məhdudiyyətlərin isə sərt olması paytaxt sakinlərinin daha çox pulsuz çimərliklərə üz tutmasına gətirib çıxarır.

Sakinlər ictimai çimərliklərə üstünlük verdiklərini müxtəlif cür izah edirlər.

Özəl çimərliklərdən fərqli olaraq, burada sərt qaydalar tətbiq edilmir. Kimi özü ilə samovar gətirir, kimi də yemək-içmək.

Qeyd edək ki, özəl çimərliklərdə giriş haqqı 20-30 manat arasında dəyişir və istirahətə gələnlər daxili qaydalara riayət etməlidir.

Çimərliyə nəinki yemək-içmək, hətta su gətirməyə belə icazə verilmir. Marketlərdə 40-50 qəpiyə satılan su isə burada üç manata təklif edilir.

Qiymətlərin yüksək olması isə xidmət səviyyəsinin yüksək olması ilə izah edilir.

Daha ətraflı süjetdə:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh