Şərurlu İsfəndiyarın məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verildi

"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İsfəndiyar Axundov iştirak etməyib.
Şikayətçi Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.
Vəkil deyib ki, təqsirləndirilən İsfəndiyar Axundovun məhkəmədə iştirak etməsi onun vəzifəsi olduğu halda, məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməyib.
Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar verib.
Növbəti proses mayın 13-ə təyin olunub.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016" MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










