Səsyazısı yayılan direktor işdən çıxarıldı - Kənddəki yeganə bağça bağlandı - VİDEO

Xəbər verdiyimiz kimi, Ucarda Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılan direktor Emin Orucov işdən çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bununla da kənddə fəaliyyət göstərən yeganə uşaq bağçasının da fəaliyyəti məhdudlaşdırılıb.
Bu isə övladları bağçaya gedən valideynlər üçün problemə çevrilib.
Valideynlər qədər burada çalışan işçilər də bağçanın fəaliyyətinin birdən-birə dayandırılmasını düzgün hesab etmirlər.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən körpələr evi-uşaq bağçasının davamiyyət göstəricilərinin uzun müddət aşağı olması, bu ilin iyun-iyul aylarında, ümumiyyətlə, davamiyyətin olmaması nəzərə alınaraq müəssisənin fəaliyyətinin tənzimlənməsi zərurəti yaranıb:
“Yeni tədris ilindən etibarən kənd sakinlərinin məktəbəqədər təhsil ehtiyaclarının daha keyfiyyətli və səmərəli təmin olunması məqsədilə aidiyyəti qurumlarla zəruri müzakirə və təhlillər aparılır”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










