Banner

Şeytana uyaraq polis maşınını oğurladı - VİDEO

Xəbərlər 30 İyun 2021 12:12 Oxunub 3072
Şeytana uyaraq polis maşınını oğurladı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Moskvada, naməlum bir şəxs yol polisinin xidməti avtomobilini oğurlayıb. Onun bu hərəkəti kameralara düşüb. 
Avtosfer.az bildirir ki, Moskvanın mərkəzində polis xidmət başındaykən səhlənkarlıq göstərərək avtomobilini kilidləmədən tərk edib. Yaxınlıqdan keçən Kaluga sakini avtomobili oğurlamaq qərarına gəlib. 36 yaşlı Oleq Radçenko ətrafda heç kimin olmadığını görərək “Skoda Octavia” markalı polis maşınını sürüb gedib. Amma oğrunun bu hərəkəti kameralara düşüb və o, tez bir zamanda tutulub. Polis maşınını oğurlamaqda məqsədinin nə olduğuna bir izah gətirə bilməyib.

Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh