Banner

Siqnal səsindən “karıxan” sürücü təhlükəli anlar yaşadı - VİDEO

Xəbərlər 18 May 2021 12:25 Oxunub 6634
Siqnal səsindən “karıxan” sürücü təhlükəli anlar yaşadı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində işıqforda yaşıl yanan kimi sol zolaqda siqnal verən sürücülər sağ zolaqda olan avtomobilin sürücüsünü çaşdırıblar.

Nəticədə o qırmızı işıqda yolu keçməyə başlayır.

Avtosfer.az bildirir ki, bu küçəkə sol və sağ zolaq üçün işıqforun göstəricisi ayrıdır. Yalnız sola dönmək üçün yanan yaşıl işıq sağda olan sürücünün də siqnallardan karıxıb qırmızı işıqda keçməsinə səbəb olub. Son anda vəziyyəti anlayan sürücü geri qayıda bilib.

Əgər digər istiqamətlərdən sürətlə gələn olsaydı toqquşma yankeçilməz olacaqdı.

Qeyd edək ki, belə hallar adətən telefona başı qarışan sürücülərin başına gəlir. Diqqəti yolda olmayan sürücü hər hansı bir siqnal səsindən özünü itirib hərəkətə başlayır. Düzdür, şəhərdə qırmızı işıq sönmədiyi halda belə yaşıla tələsib siqnal verənlər də çoxdur. Odur ki, belə hallara məhəl qoymamaqçün sükan arxasında diqqətli olmaq lazımdır

ŞƏRH YAZ
Ad

E-mail

Şərh