Şirvanda kişi kömək etdiyi qadını soydu - ANBAAN VİDEO

Şirvanda yaşlı qadının pulunu oğurlayıblar.
Oxu.Az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bankomatlardan birinin qarşısında baş verib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videoda yaşlı qadının bankomatdan pul çıxararkən yardım aldığı şəxs tərəfindən aldadıldığı görünür. İddialara görə, kimliyi məlum olmayan şəxs qadına kömək etmək adı ilə onun kartından pulu çıxarıb və pulları götürərək ərazidən uzaqlaşıb. Qadın onun arxasınca qaçsa da, kişi ərazidən sürətlə uzaqlaşıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Şirvan regional qrupunun baş inspektoru, baş leytenant Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət daxil olub.
O bildirib ki, sentyabrın 6-da Şirvan şəhər sakini olan bir qadın “102” xidmətinə, daha sonra isə Şirvan Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib:
“O, şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkərkən zaman tanımadığı bir şəxsdən kömək istədiyini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığını və ona məxsus 200 manat pulu soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.
Daxil olan müraciətlə bağlı hazırda Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











