Banner

Situasiya Mərkəzində süni intellekt alətlərinin tətbiqi planlaşdırılır - İKTA

Xəbərlər 18 Fevral 2026 15:23
Situasiya Mərkəzində süni intellekt alətlərinin tətbiqi planlaşdırılır - İKTA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) məxsus Situasiya Mərkəzində məlumatların emalı və təhlilində süni intellekt alətlərinin tətbiqi nəzərdə tutulur.

Avtosfer.az xəbər verir ki, bu, İKTA-nın 2025-ci ildəki fəaliyyətinə dair hesabatda öz əksini tapıb.

Sənədə əsasən, ötən il Mərkəzə daxil olan məlumatların təhlükəsiz, strukturlaşdırılmış və rahat şəkildə toplanması və emalı məqsədilə xüsusi veb-proqram təminatı hazırlanıb, bu proqram çərçivəsində yeni analitik və monitorinq dashboardları formalaşdırılıb və inteqrasiya edilib. Eyni zamanda, sistemin istifadəsi üçün müvafiq istifadəçi və inzibatçı təlimatları hazırlanıb.

Agentlik ərzində Situasiya Mərkəzində toplanmış məlumatlar əsasında bu günə qədər ümumilikdə 49 hesabat hazırlandığını qeyd edərək, hazırda digər operatorların da Mərkəzə inteqrasiyasının davam etdiyini bildirib.

Situasiya Mərkəzi operatorların operation, performans göstəricilərinə nəzarət, baş vermiş insidentlərin məlumatlandırma və idarəolunması sistemini qurmaq məqsədilə məlumat mübadiləsini təşkil etmək, qərarvermə prosesini gücləndirmək və aidiyyəti qurumların və ya tərəflər arasında əlaqəni təmin etmək üçün nəzərdə tutulan idarəetmə və monitorinq mərkəzidir.

Oxunub 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh