Banner

Siyandan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib

Xəbərlər 19 Yanvar 2024 09:17 Oxunub 702
Siyandan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“National Airlines” aviaşirkətinin Siyan-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Avtosfer.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ABŞ aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 07:23-də Bakı hava limanına təhlükəsiz eniş edib.

Hazırda yaranmış texniki nasazlığın aradan qaldırılması məqsədilə bütün lazımi tədbirlər görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh