Banner

SOCAR-ın satdığı yanacaq sürücünü 5 min ziyana saldı - VİDEO - FOTO

Xəbərlər 2 İyun 2021 14:00 Oxunub 8162
SOCAR-ın satdığı yanacaq sürücünü 5 min ziyana saldı   - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobilinə qaz avadanlığı quraşdıran sürücü yanacağın keyfiyyətsiz olmasından narazıdır. Şikayətini Avtosfer.az-a danışan sürücü İlyas Kərimov bildirir ki, avtomobilindəki qaz avadanlığını 2018-ci ildə quraşdırıb.
"2018-ci ildən avtomobili qazla işlədirəm. Həmin ildə heç bir problem olmayıb. Lakin qazın qiyməti 65 qəpiyə qalxandan sonra yanacağın keyfiyyəti daha da aşağı düşdü. Qiymət qalxan zaman bizi əmin etdilər ki, qazın keyfiyyəti də qaldırılacaq. Amma görünən odur ki, keyfiyyət nəinki qalxdı, əksinə daha da aşağı düşdü. Qiymət qalxandan sonra istifadə etdiyim qaz avtomobilimin mühərrikində bir çox problemlər yaratdı. Qeyd edim ki, daima Socar yanacaqdoldurma məntəqəsinin yanacağından istifadə edirəm".

Zərərçəkmiş sürücü avtomobilində yaranmış problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də şikayəti təmin edilməyib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən rəsmi cavabda sürücünün məhkəməyə müraciət etməsi tövsiyə olunub. 
O bildirir ki, Socar Petroleuma etdiyi şikayətlə bağlı idarəyə dəvət olunub.
"İdarədə qazın keyfiyyətiz olduğunu etiraf etdilər və bu səbəbdən dəymiş ziyanla bağlı mənə 500 manat ödəyəcəklərini bildirdilər. Mən isə bununla razılaşmayaraq zərərin 4-5 min manat civarında olduğunu bildirdim".


Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh