Söküləcəyi deyilən tarixi bina ilə bağlı açıqlama - VİDEO

Sosial şəbəkələrdə Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən tarixi binanın söküləcəyi ilə bağlı iddialar yayılıb.
Avtosfer.az xəbər verir ki, sözügedən binanın yaxın vaxtlarda söküləcəyi, artıq bununla bağlı yaşayış yerinin üzərində müvafiq işarələrin də qoyulduğu deyilir.
Problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, həmin binanın sökülməsi nəzərdə tutulmayıb: “Bildirmək istəyirik ki, 1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur”.
Komitədən əlavə edilib ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir.
Baş nazirdən yeni QƏRAR
Hərəkətdə olan qatarlara daş atılması ilə bağlı polis profilaktik tədbirlər gördü
Son 10 gündə sərnişin qatarlarına 5 dəfə daş atıldı - FOTOLAR
Prezidentdən hava daşımaları ilə bağlı FƏRMAN
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ










