Banner

Son 4 ildə bu qədər ərazi minadan TƏMİZLƏNDİ - FOTO

Xəbərlər 22 Yanvar 2025 11:30 Oxunub 100
Son 4 ildə bu qədər ərazi minadan TƏMİZLƏNDİ   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

MTM-in Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı rəsmi məlumatlara əsasən apardığı təhlil göstərir ki, son 4 il ərzində (2021-2024-cü illər) 179 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

2020-ci ilin noyabr ayından ilin sonunadək təmizlənən 605,8 hektar ərazini də nəzərə alsaq, o zaman deyə bilərik ki, 2024-cü ilin sonuna kimi 179 791,8 hektar ərazi mina və partlamamış sursatlardan tamamilə təmizlənib.
Məlumat üçün bildirək ki, 2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 62 023,9 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 16,8% çox deməkdir.

Aparılan təhlil zamanı məlum olub ki, işğaldan azad olunmuş ərazilərdə ötən il həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı 2 372 ədəd tank və 4 286 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə isə, son 4 ildə (2021-2024-cü illər) işğaldan azad olunmuş ərazilərdə 18 411 ədəd tank, 29 250 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət yerinə yetirir.

2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 59 163 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.Xatırladaq ki, son 4 il (2021-2024-cü illər) ərzində işğaldan azad olunmuş ərazilərdə 119 104 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Təhlil zamanı məlum olub ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, 2022-2025-ci illər ərzində 215 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Plana uyğun olaraq, hazırda 159 min hektardan artıq ərazi minalardan təmizlənib. Bu da o deməkdir ki, müddətin bitməsinə bir il qalsa da, dövlət proqramında nəzərdə tutulan ərazinin 73,95%-i minalardan təmizlənib.
Bundan başqa, Tədbirlər Planında 2026-cı ilin sonuna kimi işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmiş ərazilərin sahəsinin 280 min hektara çatdırılması qeyd olunub və bu işin 56,79% hissəsi icra olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh